Paris-2024: Olimpiya komandamızın bir sıra idmançılarının yolasalma mərasimi keçirilib - FOTO - VİDEO

Xəbərlər
23 İyul 2024 05:46
457
Paris-2024: Olimpiya komandamızın bir sıra idmançılarının yolasalma mərasimi keçirilib - FOTO - VİDEO

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının bir sıra idmançılarının yolasalma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, federasiya nümayəndələri, azarkeşlər və idmançıların yaxınları iştirak ediblər.

İlkin olaraq, cüdo, badminton, üzgüçülük, avarçəkmə və kamandan oxatma üzrə komandalarımız Fransa paytaxtına yollanıblar. Boksçularımız isə artıq 2 gündür Parisdədirlər. Onlar Almaniyadakı təlim-məşq toplanışından birbaşa Oyunların keçiriləcəyi məkana yollanıblar.

Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-da start götürəcək və avqustun 11-də başa çatacaq.

Qeyd edək ki, Olimpiadada 48 idmançımız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Azərbaycan komandasının yarışdakı bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaqlar.

Aytac Sahəd
İdman.biz