Məryəm Şeyxəlizadəxangah: “Olimpiadanın başlamasını səbirsizliklə gözləyirəm” - VİDEO

Xəbərlər
23 İyul 2024 06:20
482
Məryəm Şeyxəlizadəxangah: “Olimpiadanın başlamasını səbirsizliklə gözləyirəm” - VİDEO

“Olimpiadaya yaxşı hazırlaşmışıq. Hər bir idmançıya və komandaya uğurlar arzulayıram”.

İdman.biz xəbər verir ki, bunu azərbaycanlı üzgüçü Məryəm Şeyxəlizadəxangah Paris-2024 Yay Olimpiya Oyunlarına yolasamla mərasimində deyib.

O bildirib ki, komanda yüksək hazırlıq keçib: “Səhər də, axşam da məşqlər etdik, hazırlıq öz bəhrəsini verməlidir. Uğurlu çıxışa və performansımın yüksək olacağına ümid edirəm”.

Olimpiadada 50 m məsafəyə sərbəst üsulda çıxış edəcək üzgüçü komandamızın Parisdə uğur qazanacağına inam da ifadə edib: “Hər kəsə inanıram və uğurlar arzulayıram. Olimpiadanın başlamasını səbirsizliklə gözləyirəm. Sayılı günlər qalıb”.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-da start götürəcək və avqustun 11-də başa çatacaq.

Zəki Feyzullayev
İdman.biz