Azərbaycan cüdoçusu Leyla Əliyeva (48 kq) Paris-2024-ün iyulun 26-da keçiriləcək açılış mərasimində iştirak etməyəcək.
Qadınlardan ibarət yığmamızın baş məşqçisi Rəşad Məmmədovun İdman.bizə verdiyi məlumata görə, buna səbəb idmançımızın çəki mərasimində iştirakıdır.
O bildirib ki, cüdo yarışının ilk gününün kateqoriyalarının çəki mərasimi açılış mərasimi ilə üst-üstə düşür: “Leyla bunun ertəsi gün tatamiyə çıxacağı üçün paradda komandaya qoşula bilməyəcək. Komandanın bayraqdarı olacaq Gültac Məmmədəliyeva isə iyulun 28-də mübarizəyə başlayacaq”.
İdman.biz