Paris-2024 Yay Olimpiya Oyunlarının startına cəmi 3 gün qalıb.
İdman.biz xəbər verir ki, bir qrup idmançımız hazırlığını yekunlaşdıraraq bu gün Fransa paytaxtına yollansa da, taekvondoçumuz Qaşım Maqomedov Bakıda məşqlərini davam etdirir.
Avqustun 7-də 58 kq çəkidə dayanq üzərinə çıxacaq Avropa çempionumuz dördilliyin ən möhtəşəm yarışına iddialı yollanacaq. Taekvondoçu əməkdaşımızla söhbətində bildirib ki, Olimpiadada bütün rəqibləri güclüdür. Onlar sırasında italiyalı Vito Deli Aquilanı fərqləndirən Maqomedov Paris-2024-də hədəfinin qızıl medal olduğunu deyib.
Kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev isə hazırlığın son mərhələsində taktiki-texniki məşqlərə üstünlük verdiklərini qeyd edib.
Çimnaz Ağakişiyeva
İdman.biz