Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminə üç gün qalıb.
İdman.biz xəbər verir ki, “İnside the Games” təşkilatçılara istinadən satışa çıxarılan biletlərin hələ də bitmədiyi barədə məlumat yayıb.
Hazırda 600 mindən çox bilet satışda qalır. İyulun 26-da Sena çayında baş tutacaq açılış mərasimində də anşlaq olmayacaq. Təkcə bu tədbirə deyil, həmçinin futbol, velosiped idmanı, üzgüçülük və atletika da daxil olmaqla 20-dən çox idman növü üzrə yarışlara biletlər hələ satılmayıb. Onların qiymətləri 900 avrodan başlayır.
Paris-2024 Təşkilat Komitəsinin rəhbəri Toni Estanqet satılmayan biletlərin sayının maraq azlığından xəbər verməsi fikri ilə razılaşmayıb. O bildirib ki, artıq bilet satışındakı gəlir hədəfinə çatıblar.
Qeyd edək ki, indiyədək Paris-2024-ə 8,8 milyon bilet satılıb. Bu, Olimpiadalar tarixinin yeni rekordudur.
İdman.biz