Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan güləşçisi Mariya Stadnik yarışa tam hazırdır.
İdman.biz xəbər verir ki, 50 kq çəkidə xalçaya çıxacaq millimizin lideri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, statusunda izləyicilərinə səslənib: “Olimpiadaya tam hazır. Sizcə, formalarımız necədir?”
Qeyd edək ki, ardıcıl 4 Olimpiya Oyunlarının mükafatçısı olan 36 yaşlı güləşçi Parisdə xalça üzərinə avqustun 6-da çıxacaq.
İdman.biz