Paris-2024: “Bersi” Azərbaycan gimnastlarının ixtiyarına verilir

Xəbərlər
24 İyul 2024 13:47
263
Paris-2024: “Bersi” Azərbaycan gimnastlarının ixtiyarına verilir

Paris-2024 Yay Olimpiya Oyunlarının təşkilatçıları gimnastika növlərində idmançıların yarışöncəsi hazırlıq tarixlərini açıqlayıblar.

İdman.biz xəbər verir ki, bədii gimnastika üzrə yarış avqustun 8-10-da “Port-de-la-Şapel”də baş tutacaq.

Avqustun 7-də isə olimpiyaçılar yarış meydanını sınaya biləcəklər. Eyni zamanda, “Adidas Arena” kimi tanınan idman qurğusunda Zöhrə Ağamirova, həmçinin Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası xalça üzərinə çıxacaq.

Batut gimnastikası nümayəndələri avqustun 1-də son hazırlığı keçirəcək, ertəsi gün isə məşhur “Bersi” arenasında medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycanı batut gimnastikasında Selcan Maqsudova təmsil edəcək.

İdman.biz