Paris-2024: Cüdoçularımız püşkü gözləyir

Xəbərlər
25 İyul 2024 10:07
294
Paris-2024: Cüdoçularımız püşkü gözləyir

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışının püşkü atılacaq.

İdman.biz xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Mərasimdə Azərbaycan cüdoçularının rəqibləri də bəlli olacaq. İdmançılarımızdan dördü püşkatmada səpələnmişlər sırasında olacaq. Bunlar Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) və Zelim Kotsoyevdir (100 kq).

Qeyd edək ki, Paris-2024-ün cüdo turnirində 122 ölkədən 378 idmançı mübarizə aparacaq.

İdman.biz