Fərid Qayıbov Parisdə "Change the Games" beynəlxalq forumunda - FOTO

Xəbərlər
25 İyul 2024 10:38
154
Fərid Qayıbov Parisdə "Change the Games" beynəlxalq forumunda - FOTO

UNESCO-nun təşkilatçılığı ilə Fransanın paytaxtı Parisdə idman nazirlərinin "Change the Games" beynəlxalq forumu keçirilib.

İdman.bizə xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində baş tutan Forumda proqram üzrə müxtəlif məsələlər müzakirə olunub.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov forumda çıxış edib, panel iclaslarında müzakirələrə qatılıb. Nazir Fərid Qayıbov Azərbaycanın UNESCO və müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr barədə məlumat verib.

Fərid Qayıbov Forum çərçivəsində UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini, Çili Respublikasının idman naziri, Anqolanın gənclər və idman naziri, Madaqaskarın nəqliyyat və meteorologiya naziri, Tanzaniya Birləşmiş Respublikasının Nazirlər Kabinetinin ədliyyə və konstitusiya işləri naziri, Cənubi Afrika Respublikasının idman, incəsənət və mədəniyyət naziri, Samoanın idman və istirahət naziri və Kosta-Rika Respublikasının idman naziri ilə ikitərəfli görüşlər keçirib.

İdman.biz