Paris-2024: Azərbaycan gimnastının OLİMPİYAÇI OBRAZI

Xəbərlər
25 İyul 2024 11:29
621
Paris-2024: Azərbaycan gimnastının OLİMPİYAÇI OBRAZI

Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə bir gün qalsa da, artıq idman dünyası bu yarışın həyəcanı ilə yaşayır.

İdman.biz xəbər verir ki, “The Gym Edition”un da nəzərləri Fransa paytaxtındadır.

Məşhur nəşr Olimpiadanın fərdi yarışlarında çıxış edəcək bədii gimnastların kollajını təqdim edib.

Burada Azərbaycan idmançısı Zöhrə Ağamirovanın olimpiya obrazı da yer alıb. İkinci dəfə dördilliyin ən mötəbər multiidman tədbirinə qatılacaq idmançımız qırmızı geyimdə və topla əks olunub.

İdman.biz