Paris-2024: An - Ramazanova görüşünün vaxtı müəyyənləşib - 20:24

Xəbərlər
25 İyul 2024 14:45
265
Paris-2024: An - Ramazanova görüşünün vaxtı müəyyənləşib - 20:24

Paris-2024-də qadınların kamandan oxatma yarışında iştirak edən Azərbaycan idmançısı Yaylagül Ramazanovanın növbəti sınağının vaxtı dəqiqləşib.

İdman.biz xəbər verir ki, təmsilçimiz iyulun 30-da hədəf önünə keçəcək.

O, çinli Qixuan An ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:24-də başlayacaq.

Yaylagül mərhələ adlasa, 1/16 finalda Mişel Kroppen (Almaniya) – Corciya Çezarini (San-Marino) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, idmançımız sıralama turunda 39-cu, çinli rəqibi 26-cı yeri tutub.

İdman.biz