Paris-2024: Dımçenko Olimpiadaya onlarla başlayacaq - PÜŞK

Xəbərlər
26 İyul 2024 10:11
297
Paris-2024: Dımçenko Olimpiadaya onlarla başlayacaq - PÜŞK

Paris-2024 Yay Olimpiya Oyunlarının akademik avarçəkmə yarışlarının püşkü atılıb.

İdman.biz xəbər verir ki, qadınların 2000 m məsafəyə fərdi yarışında mübarizə aparacaq Azərbaycan təmsilçisi Diana Dımçenkonun da rəqibləri bəlli olub.

Bu proqramda mübarizəyə sabah start veriləcək. Avarçəkənlər Bakı vaxtı ilə saat 12:12-də start xəttinə çıxacaq.

Diana 5-ci qrupda yarışacaq beş idmançı arasındadır. Onun rəqibləri Desislava Angelova (Bolqarıstan), Ti Hue Pam (Vyetnam), Aleksandra Foster (Almaniya) və Saiyidah Aysi Binte Mohammed Rafae (Sinqapur) olacaqlar. Diana 5-ci zolaqda mübarizə aparacaq.

Hər qrupda ilk 3 yeri tutanlar 1/4 finala yüksələcək. Digər avarçəkənlər təsəlliverici yarışa qatılacaqlar.

Qeyd edək ki, təsəlliverici mərhələ iyulun 28-də, 1/4 və 1/2 final 29-dan avqustun 1-dək keçiriləcək.

İdman.biz