Paris-2024: Boksçularımızın rinqə çıxacağı vaxt dəqiqləşib

Xəbərlər
26 İyul 2024 13:41
419
Paris-2024: Boksçularımızın rinqə çıxacağı vaxt dəqiqləşib

Azərbaycan boksçularının Paris-2024-dəki ilk döyüşlərinin vaxtı dəqiqləşib.

İdman.biz xəbər verir ki, yığmamız üçün yarışa iyulun 28-də saat 18:18-də start veriləcək.

Rinqə çıxacaq ilk təmsilçimiz Alfonso Dominqes olacaq. Yığmamız Fransa paytaxtında 5 boksçu ilə mübarizə aparacaq.

28 iyul
18:18. Alfonso Dominqes (92 kq) - Xulio Sesar la Krus (Kuba)
29 iyul
14:52. Məhəmməd Abdullayev (+92 kq) – Nelvi Tiafak (Almaniya)
22:48. Malik Həsənov (63,5 kq) – Laşa Quruli (Gürcüstan)
30 iyul
17:30. Nicat Hüseynov (51 kq) – Yunior Alkantara Reyes (Dominikan Respublikası)
18:34. Murad Allahverdiyev (80 kq) – Abdelrahman Abdelqavvad (Misir)

Qeyd edək ki, boksçularımızın hamısı Olimpiadaya 1/8 finaldan başlayacaq.

İdman.biz