Paris-2024: Anna Baştanın rəqibi müəyyənləşib

Xəbərlər
26 İyul 2024 13:52
423
Paris-2024: Anna Baştanın rəqibi müəyyənləşib

Paris-2024 Yay Olimpiya Oyunlarının qılıncoynatma yarışlarının püşkü atılıb.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı Anna Baştanın da ilk rəqibi bəlli olub.

Sablyaçıların mübarizəsinə qatılacaq təmsilçimiz mübarizəyə 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi Çin təmsilçisi Yang Hengyu olacaq. İyulun 29-u keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 12:50-də başlayacaq.

Qeyd edək ki, qadın sablyaçıların mübarizəsi iyulun 29-da yekunlaşacaq.

İdman.biz