Paris-2024: 28 ölkənin bayraqdarı cüdoçu olacaq

Xəbərlər
26 İyul 2024 15:08
490
Paris-2024: 28 ölkənin bayraqdarı cüdoçu olacaq

Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimində 28 ölkənin bayraqdarı cüdoçu olacaq.

İdman.biz xəbər verir ki, bu gün Sena çayında baş tutacaq tədbirdə Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev dalğalandıracaq.

Yığmaların sifarişlərinə əsasən, 28 ölkə bu vəzifəni cüdoçuya həvalə edib. Onların arasında Çexiya (Lukaş Krpalek), Xorvatiya (Barbara Matiç), Tacikistan (Temur Raximov), İsrail (Peter Palçik), Qırğızıstan (Erlan Şerov) və Almaniya (Anna-Mari Vaqner) kimi ölkələr də var.

İdman.biz