Olimpiadanın startına sayılı dəqiqələr qalıb - FOTO

Xəbərlər
26 İyul 2024 18:56
216
Olimpiadanın startına sayılı dəqiqələr qalıb - FOTO

Paris XXXIII Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasiminə son hazırlıq mərhələsindədir.

İdman.biz xəbər verir ki, mərasimdə 206 komandadan 10,5 min idmançı iştirak edəcək.

Sena çayının sahilində baş tutacaq açılışı 300 min tamaşaçı izləyəcək. Bundan başqa tədbir 80 nəhəng ekran vasitəsilə şəhər sakinləri və qonaqlar üçün yayımlanacaq.

İştirakçılar 116 qayıq vasitəsilə təxminən 6 km məsafəni qət edib Parisin müxtəlif tarixi məkanları və Olimpiya qurğularından yan keçəcəklər. Açılış paradı Eyfel qülləsinin ətrafında yekunlaşacaq. Mərasim Trokadero meydanında Fransa pezidenti Emmanuel Makronun təbrik çıxışı ilə başa çatacaq.

Azərbaycan Olimpiya yığması açılış mərasiminə 16-cı start verəcək.

Zəki Feyzullayev, Paris
İdman.biz