Azərbaycan yığması açılış mərasiminə doğru

Xəbərlər
26 İyul 2024 20:45
902
Azərbaycan yığması açılış mərasiminə doğru

Azərbaycan yığması Paris-2024 Yay Olimpiya Oyunıarının açılış mərasiminə hazırdır.

İdman.biz xəbər verir ki, dəqiqələr sonra Fransa paytaxtında möhtəşəm tədbir start götürəcək.

Mərasimdə Azərbaycan yığmasının şef-de-missionu Elnur Məmmədov, Azərbaycan Cüdo Federasiyası prezidentinin məsləhətçisi Natiq Bağırov, basketbol üzrə 3x3 komanda və digər idmançılar, eləcə də məşqçilər iştirak edəcəklər.

Cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev komandamızın bayraqdarı vəzifəsini yerinə yetirəcəklər.

Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov olimpiyaçılarımıza dəstək verib. O, sosial şəbəkədə "Uğurlar, Azərbaycan" paylaşımı edib.

İdman.biz