Paris-2024: Avarçəkənimiz 1/4 finalda - FOTO

Xəbərlər
27 İyul 2024 13:08
924
Paris-2024: Avarçəkənimiz 1/4 finalda - FOTO

Bu gün akademik avarçəkənlərin Paris-2024 mübarizəsi start götürüb.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı Diana Dımçenko Olimpiadada ilk sınağına çıxıb.

2000 m məsafəyə fərdi yarışda çıxış edən idmançımız təsnifat mərhələsində mübarizə aparıb. Beşinci qrupdakı 5 iştirakçı arasında 3-cü yeri tutan Diana bununla 1/4 finala adlayıb. Məsafəni 7 dəqiqə 52,53 saniyəyə qət edən idmançımız Aleksandra Foster (Almaniya) və Desislava Angelovadan (Bolqarıstan) geri qalsa da, Ti Hue Pam (Vyetnam), və Saiyidah Aysi Binte Mohammed Rafaeni (Sinqapur) qabaqlayıb.

Qeyd edək ki, təsəlliverici mərhələ iyulun 28-də, 1/4 və 1/2 final iyulun 29-dan avqustun 1-dək keçiriləcək.

İdman.biz