Orxan Səfərov: “Balabəy onu keçərsə, finala qədər irəliləyəcək”

Xəbərlər
27 İyul 2024 11:19
1 199
Orxan Səfərov: “Balabəy onu keçərsə, finala qədər irəliləyəcək”

“Balabəy Ağayevin finala qədər irəlləmək şansı var”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq cüdoçusu Orxan Səfərov deyib.

Veteran cüdoçu vaxtılə çıxış etdiyi 60 kq-da ölkəmizi təmsil edəcək Balabəy Ağayevin Paris-2024 Yay Olimpiya Oyunlarında şanslarını dəyərləndirib. İdman səfiri bildirib ki, yığma üzvü üçün ilk görüşündən çox şey asılı olacaq: “Balabəy ilk görüşündə cənubi koreyalı Kim Von Jim ilə qarşılaşa bilər. Onu keçərsə, finala qədər irəliləmək rahat olacaq. Ağayevin ən çətin görüşü məhz 1-ci qarşılaşmadır. Çünki əsas rəqibləri - yaponiyalı Ryuku Naqayama və ispan Fransisko Qarriqos digər qrupda yer alıblar. Cüdoçumuz üçün medalı qazanmağa şansı məhz birinci görüş gətirəcək”.

Qeyd edək ki, ilk mərhələdən azad olan Ağayev Olimpiadaya 1/8 finaldan start verəcək. O, Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə üz-üzə gələcək.

Emin Ağa
İdman.biz