Olimpiya kəndində vida

Xəbərlər
27 İyul 2024 11:45
529
Olimpiya kəndində vida

Paris-2024-də növbəti xoşagəlməz hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, Cənubi Koreya millisinin 6 üzgüçüsü Olimpiya kəndini tərk edib.

İdmançılar yarışların keçirildiyi hovuza yaxın oteldə məskunlaşıblar. Asiyalılar bu addımı nəqliyyatla bağlı problemlərə görə atıblar.

Onlar hər dəfə kənddən hovuza saatyarımdan artıq vaxta getməkdən beziblər.

Qeyd edək ki, açılış mərasimi dünən keçirilən Olimpiada avqustun 11-dək davam edəcək.

İdman.biz