Paris-2024: 2 cüdoçumuz çıxışını bitirib - FOTO

Xəbərlər
28 İyul 2024 13:01
1 473
Paris-2024: 2 cüdoçumuz çıxışını bitirib - FOTO

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, cüdo yarışlarının ikinci günündə kişilər 66 kq, qadınlar 52 kq çəkidə mübarizə aparır.

Azərbaycan yığması hər iki kateqoriyada təmsil olunub. Yaşar Nəcəfov və Gültac Məmmədəliyeva Paris tatamisinə çıxlb və Olimpiadaya erkən vida ediblər.

Kişilər
66 kq

Yaşar Nəcəfov Olimpiadaya 1/16 finaldan başlayıb. Straxinya Bunçiçlə (Serbiya) güləşən cüdoçumuz vaza-ari xalı ilə məğlub olub.

Qadınlar
52 kq

Millimizin açılış mərasimindəki bayraqdarı Gültac Məmmədəliyeva 1/16 finalda qüvvəsini sınayıb. O, Anjelika Delqado (ABŞ) ilə üz-üzə gəlib və vaza-ari xalı ilə mərhələni rəqib adlayıb.

Qeyd edək ki, cüdo yığmamız Fransa paytaxtına 9 idmançı ilə yollanıb.

İdman.biz