Azərbaycanın boks millisi Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
İdman.biz xəbər verir ki, bu gün ilk təmsilçimiz rinqə çıxıb.
92 kq çəkidə çıxış edən Alfonso Dominqes ilk döyüşünü keçirib. Tokio-2020-nin bürünc mükafatçısı yarışa 1/8 finaldan başlayıb. Xulio Sesar la Krusla (Kuba) qarşılaşan idmançımız inamlı qələbə qazanıb. O, ikiqat Olimpiya çempionunu 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.
Dominqes 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Görüş avqustun 1-də olacaq.
Qeyd edək ki, Azərbaycanı Paris-2024-də beş boksçu təmsil edir.
İdman.biz