Beynəlxalq Olimpiya Komitəsi (BOK) internet hesablarından Paris-2024 Olimpiadasının açılış mərasiminin videoroliklərini silib.
İdman.biz xəbər verir ki, BOK-un rəsmi saytı və yutub kanalında videoları izləmək mümkün deyil.
Fransa paytaxtındakı açılış mərasimi dünya ictimaiyyəti və tamaşaçılar tərəfindən ciddi tənqidə məruz qalıb. BOK-un rəsmi səhifələrində azarkeşlər Paris-2024-ün təşkilatçılığını pisləyən rəylər yazıblar. Hazırda qurumun rəsmi resurslarında London-2012, Rio-2016, Tokio-2020 Olimpiadaları ilə bağlı videolara rast gəlmək mümkündür.
Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi bir çox qalmaqallarla yadda qalıb. Olimpiya bayrağı tərsinə asılıb, keçid zamanı Cənubi Koreya yığması KXDR kimi təqdim olunub.
İdman.biz