Paris-2024: Üçüncü günün GÜNDƏLİYİ

Xəbərlər
29 İyul 2024 08:00
918
Paris-2024: Üçüncü günün GÜNDƏLİYİ

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün daha 19 dəst medal sahibini tapacaq.

Bununla da artıq başa çatan proqramların ümumi sayı 45-ə çatacaq. İlk iki gündə 26 mükafat dəsti uğrunda yarış yekunlaşıb.

Azərbaycan millisinin 6 idmançısı azarkeşlərimizi sevindirməyə çalışacaq. Onlardan beşi mübarizəyə yeni qoşulacaq. Badmintonçu Keişa Fatimə Zəhra isə qrup mərhələsində ikinci - sonuncu sınağına çıxacaq.

Digər badmintonçumuz isə ilk matçını keçirəcək. Edi Reski Dviçayo Olimpiadaya qələbə ilə start verməyə çalışacaq.

Cüdo yığmamızın lideri Hidayət Heydərov Paris tatamisində qüvvəsini sınayacaq. Dünya və Avropa çempionumuz Fransa paytaxtında ilk medalımızı qazanmaq əzmindədir. O, mübarizəyə 1/8 finaldan start verəcək.

Cüdoçumuz kimi Anna Baştanın Olimpiada mübarizəsi bir günü əhatə edəcək. 1/16 finalda körpücüyə çıxacaq sablyaçımız finala qədər irəliləməyə və bayrağımızı yüksəltməyə çalışacaq.

Boksçularımız Malik Həsənov və Məhəmməd Abdullayev isə Paris-2024-də ilk qarşılaşmaya çıxacaq. Onlar 1/4 finala vəsiqə üçün döyüşəcək.

29 iyul

10:30. Badminton, qadınlar, fərdi
Qrup mərhələsi, N qrupu, II tur
Keişa Fatimə Zəhra - Kirsti Gilmor (Böyük Britaniya)

12:00. Cüdo, kişilər, 73 kq
1/8 final
Hidayət Heydərov – Tohar Bitbul (İsrail)/Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi

12:25. Qılıncoynatma, qadınlar, sablya
1/16 final
Anna Başta - Yanq Henqyu (Çin)

14:52. Boks, kişilər, +92 kq
Məhəmməd Abdullayev – Nelvi Tiafak (Almaniya)

22:20. Badminton, kişilər, fərdi
Qrup mərhələsi, E qrupu, II tur
Edi Reski Dviçayo - Kollins-Valentin Filimon (Avstriya)

22:48. Boks, kişilər, 63,5 kq
Malik Həsənov – Laşa Quruli (Gürcüstan)

Idman.biz