Azərbaycan millisinin daha bir badmintonçusu Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.
İdman.biz xəbər verir ki, Edi Reski Dviçayo bu gün qrup mərhələsində ilk matçına çıxıb.
Təmsilçimiz Avstriya idmançısı Kollins-Valentin Filimonla qarşılaşıb. Dviçayo hər iki qeymi qələbə ilə başa vurub.
O, qrup liderliyi uğrunda Anders Antonsenlə (Danimarka) qarşılaşacaq. Görüş iyulun 31-də olacaq.
Qeyd edək ki, Edinin yer aldığı E qrupunun qalibi birbaşa 1/4 finala yüksələcək.
Badminton
Kişilər, fərdi yarış
Qrup mərhələsi, E qrupu
29 iyul, II tur
22:20. Edi Reski Dviçayo - Kollins-Valentin Filimon (Avstriya) - 2:0 (21:18, 21:11)
1 |
Anders Antonsen (Danimarka) |
1 |
1 |
0 |
2-0 |
42-28 |
1 |
2 |
Edi Reski Dviçayo (Azərbaycan) |
1 |
1 |
0 |
2-0 |
42-29 |
1 |
3 |
Kollins-Valentin Filimon (Avstriya) |
2 |
0 |
2 |
0-4 |
57-84 |
0 |
İdman.biz