Paris-2024-də təxirəsalma TƏHLÜKƏSİ

Xəbərlər
29 İyul 2024 12:07
435
Paris-2024-də təxirəsalma TƏHLÜKƏSİ

Paris-2024 Yay Olimpiya Oyunlarının triatlon yarışları təxirə salına bilər.

İdman.biz xəbər verir ki, sabaha nəzərdə tutulan yarışın başqa vaxta keçirilməsi müzakirə olunur.

Triatlonun üzgüçülük növünün ləğvi isə nəzərdə tutulmayıb. Yarış başqa vaxt, amma tam proqram üzrə keçirilə bilər. B planı kimi həm kişilər, həm qadınlar arasında yarışın eyni gündə təşkili də mümkündür.

Qeyd edək ki, Azərbaycan triatlonçusu Rostislav Pevtsovun da qatılacağı yarışla bağlı yekun qərar gün ərzində veriləcək.

İdman.biz