8-ci Olimpiada, 8-ci ÇEMPİON - 16 illik GÖZLƏNTİ

Xəbərlər
29 İyul 2024 20:48
1 380
8-ci Olimpiada, 8-ci ÇEMPİON - 16 illik GÖZLƏNTİ

Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

İdman.biz xəbər verir ki, cüdoçumuz Hidayət Heydərov 73 kq çəkidə bütün rəqiblərini məğlub edərək qızıl mükafata sahib çıxıb.

Fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımız Azərbaycan bayrağını ucaldaraq Fransa paytaxtında himnimizi səsləndirib.

Hidayətin uğuru Azərbaycan idmançılarının Olimpiya Oyunlarında 8-ci qızıl medalı olub. Müstəqil ölkə kimi Atlanta-1996-da debüt edən millimiz buna 8-ci Olimpiadasında imza atıb. Əvvəlki 7 yarışda 7 qızıl olub.

Heydərov Olimpiya çempionu olan ikinci cüdoçudur. İlk belə uğura onun məşqçisi Elnur Məmmədli imza atıb. Pekin-2008-dən 16 il sonra yığmamız ikinci qızıla yiyələnib.

Qeyd edək ki, Olimpiadalarda digər qızıl medallardan 3-nü sərbəst güləşçilər, 1-ni yunan-Roma pəhləvanı, 1-ni güllə atıcısı, 1-ni taekvondoçu qazanıb.

Vüqar Xeyrullayev
İdman.biz