Paris-2024: Hidayət Heydərovun çempionluq şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib

Xəbərlər
29 İyul 2024 21:32
1 136
Paris-2024: Hidayət Heydərovun çempionluq şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərov mükafatlandırılıb.

İdman.biz xəbər verir ki, 73 kq çəki dərəcəsində çempion olan Azərbaycan cüdoçusuna qızıl medal təqdim olunub.

Mükafatlandırma mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Hidayətə uduzan fransalı Con Benjamin Qaban gümüş, Adil Osmanov (Moldova) və Soiçi Hasimoto (Yaponiya) isə bürünc medal qazanıb.

İdman.biz