Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışları davam edir.
İdman.biz xəbər verir ki, bu gün Azərbaycan yığmasının daha bir üzvü rinqə çıxıb.
51 kq çəkidə mübarizə aparan Nicat Hüseynov Fransa paytaxtında ilk döyüşünü keçirib. İdmançımız 1/8 finalda Yunior Alkantara Reyeslə (Dominikan Respublikası) görüşüb. Nicat bu qarşılaşmada 0:5 (28:29, 27:30, 27:30, 28:29, 28:29) hesabı ilə uduzaraq Olimpiadada çıxışını başa vurub.
Qeyd edək ki, yığmamız Parisə 5 boksçu ilə yollanıb. Onlardan biri Alfonso Dominqes (92 kq) artıq 1/4 finala yüksəlib.
İdman.biz