Paris-2024 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışları davam edir.
İdman.biz xəbər verir ki, bu gün qadınların fərdi mübarizəsində 1/32 final matçları keçirilib.
Azərbaycan idmançısı Yaylagül Ramazanova 1/16 finala vəsiqə üçün mübarizə aparıb. O, Çin təmsilçisi Qixuan Anla görüşüb. Qarşılaşma 5:5 hesabı ilə yekunlaşdığından əlavə atışa ehtiyac yaranıb. Bu dəfə daha dəqiq olan Ramazanova növbəti mərhələyə yüksəlib. O, bu göstərici ilə Olimpiadalar tarixində ilk dəfə mərhələ adlayan oxatanımız adına yiyələnib.
Lakin Yaylagül uğurunun davamını gətirə bilməyib. O, 1/16 finalda Mişel Kroppenə (Almaniya) məğlub olaraq, Olimpiadaya vida edib.
Kamandan oxatma
Qadınlar, 1/32 final
30 iyul
20:11. Yaylagül Ramazanova - Qixuan An (Çin) - 6:5 (22:27, 27:25, 26:27, 28:27, 26:26, 10:9)
1/16 final
20:50. Yaylagül Ramazanova - Mişel Kroppen (Almaniya) - 2:6 (25:27, 29:27, 25:29, 26:27)
İdman.biz