Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
İdman.biz xəbər verir ki, bu gün daha 11 dəst medal sahibini tapacaq.
Bununla da artıq başa çatan proqramların ümumi sayı 56-ya çatacaq. İlk dörd gündə 45 mükafat dəsti uğrunda yarış yekunlaşıb.
Azərbaycan millisi 5 yarışda təmsil olunacaq. Fərdi mübarizəyə qatılacaq 4 idmançımızla yanaşı, basketbolun 3x3 növü üzrə qadınlardan ibarət yığmamız növbəti matçını keçirəcək.
Millimiz kimi avarçəkən Diana Dımçenko və badmintonçu Edi Reski Dviçayo da növbəti sınağına çıxacaq. Cüdoçu Elcan Hacıyevlə triatlonçu Rostislav Pevtsovun Parisdəki çıxışı da bu günə təsadüf edəcək.
31 iyul
12:00. Cüdo, kişilər, 90 kq
1/16 final
Elcan Hacıyev – Mihael Zqanq (Türkiyə)
12:25. Akademik avarçəkmə, qadınlar, fərdi, 2000 m
C/D yarımfinalı
Diana Dımçenko
12:45. Triatlon, kişilər
Rostislav Pevtsov
18:30. Badminton, kişilər, fərdi
Qrup mərhələsi, III tur
Anders Antonsen (Danimarka) - Edi Reski Dviçayo
23:30. Basketbol 3x3, qadınlar
ABŞ – Azərbaycan
İdman.biz