"Olimpiya kəndində çox xoşuma gəlir".
Bunu İdman.bizin Parisə ezam olunmuş əməkdaşına Azərbaycan qılıncoynatma yığmasının üzvü Anna Başta deyib.
Qılıncoynadan Olimpiya kəndində yaradalın şəraitlə bağlı təəssüratlarını bölüşüb: "Burada hər şey əladır, miqyası heyrətamizdir. Əvvəlki Yay Olimpiya Oyunları zamanı covid faktoru nəticəsində şəhərdə normal ünsiyyət qura bilmirdik. Amma indi vəziyyət tamam başqadır. Burada olmaq çox xoşdur".
Başta Paris-2024 Olimpiadasındakı çıxışına da toxunub: "Zədəli vəziyyətdə 1 mərhələ adlaya bildim. Çinli Yanq Henqyu ilə görüşdə qələbə qazanmaq möcüzəli idi. Mümkündür, rəqibim məni təhlil etməmişdi, yoxsa hücuma atılsa idi, mənə çox çətin olardı. Olqa Xarlanla döyüşdə isə artıq üçüncü zərbədə zədə özünü hiss etdirdi. Zədəmi sağaldacağam və daha da güclü qayıdacağam".
Qeyd edək ki, Başta olimpidanın 1/8 finalında Olqa Xarlana uduzaraq, mübarizəni dayandırıb.
Zəki Feyzullayev
İdman.biz