Pevtsovun Olimpiya startı yenidən təxirə salınıb

Xəbərlər
31 İyul 2024 09:19
659
Pevtsovun Olimpiya startı yenidən təxirə salınıb

Paris-2024 Yay Olimpiya Oyunlarının triatlon yarışı yenidən təxirə salınıb.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı Rostislav Pevtsovun iştirak edəcəyi yarış qeyri-müəyyən vaxta keçirilib.

Buna səbəb Sena çayında suyun keyfiyyətinin qənaətbəxş olmamasıdır. Paris-2024-ün Təşkilat Komitəsinin, Dünya Triatlonunun, bu qurumların texniki və tibbi personalı, Beynəlxalq Olimpiya Komitəsi, “Meteo France”, Paris və İl-de-Frans prefektrurasının rəhbərliklərinin nümayəndələri təxirə salınma barədə qərar verib.

Qeyd edək ki, kişilər arasında triatlon yarışı öncədən iyulun 30-da Bakı vaxtı ilə saat 10:00-da başlamalı idi. Sonradan start iyulun 31-də saat 12:45-ə təyin edilmişdi.

İdman.biz