Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları davam edir.
İdman.biz xəbər verir ki, bu gün daha iki çəkidə mükafatçılar müəyyənləşəcək.
Azərbaycan kişilərin mübarizəsində təmsil olunub. Elcan Hacıyev 90 kq çəkidə qüvvəsini sınayıb və 1/8 finalda mübarizəni dayandırıb.
Kişilər
90 kq
Elcan Hacıyev Olimpiadaya 1/16 finaldan başlayıb. Avropa çempionumuzun ilk rəqibi Mihael Zqanq (Türkiyə) olub. Hacıyev çətin qələbə sayəsində mərhələ adlayıb. Təəssüf ki, idmançımız ardınca Maksim-Qael Nqayap Hambuya (Fransa) məğlub olaraq, Olimpiada ilə vidalaşıb.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Paris-2024-də bir medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə çempion tituluna yiyələnib.
İdman.biz