Paris-2024: Pevtsov 43-cü olub - FOTO

Xəbərlər
31 İyul 2024 14:36
694
Paris-2024: Pevtsov 43-cü olub - FOTO

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında triatlonçuların fərdi yarışları keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin olimpiyaçısı Rostislav Pevtsov da start xəttinə çıxıb.

Üzgüçülükdən sonra 37-ci olan təmsilçimiz velosiped yarışını 50-ci yerdə tamamlayıb. Qaçışda mövqeyini yaxşılaşdıran Pevtsov finişə 43-cü çatıb. O, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib.

Qeyd edək ki, dünən keçirilməli olan triatlon yarışı Sena çayındakı suyun keyfiyyətinin normadan aşağı düşməsinə görə təxirə salınmışdı.

İdman.biz