Paris-2024 Yay Olimpiya Oyunlarında badmintonçuların qrup mərhələsindəki mübarizəsi davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin badmintonçusu Edi Reski Dviçayo ikinci matçına çıxıb.
Təmsilçimiz Danimarka idmançısı Anders Antonsenlə qarşılaşıb. Hərəyə bir qələbə qazanan badmintonçular 1/4 finala vəsiqənin sahibini müəyyənləşdiriblər. Rəqib hər 2 setdə qalib gəlib.
Qeyd edək ki, 10 qrupun qalibi 1/8 finala, üç qrupun, o cümlədən E qrupunun 1-ci yerinin sahibi birbaşa 1/4 finala yüksəlir.
Kişilər, fərdi yarış
Qrup mərhələsi, E qrupu
31 iyul, III tur
18:30. Anders Antonsen (Danimarka) - Edi Reski Dviçayo - 2:0 (21:10, 21:14)
1 |
Anders Antonsen (Danimarka) |
2 |
2 |
0 |
4-0 |
84-42 |
2 |
2 |
Edi Reski Dviçayo (Azərbaycan) |
2 |
1 |
1 |
2-2 |
66-71 |
1 |
3 |
Kollins-Valentin Filimon (Avstriya) |
2 |
0 |
2 |
0-4 |
57-84 |
0 |
İdman.biz