Paris-2024 Yay Olimpiya Oyunlarında zədələnərək xəstəxanaya aparılan cüdoçu Elcan Hacıyevin durumuna aydınlıq gəlib.
Azərbaycan Cüdo Federasiyasınından İdman.bizə verilən məlumata görə, ilkin müayinələr idmançımızın çiynində sınıq olduğunu göstərib.
MRT-dən sonra onun vəziyyəti ilə bağlı daha ətraflı və dəqiq məlumat veriləcək.
Qeyd edək ki, Hacıyev 1/8 finalda Maksim-Qael Nqayapa Qamba ilə görüşünün sonlarında xəsarət alıb.
İdman.biz