Rostislav Pevtsov: "Nəticəmdən narazıyam"

Xəbərlər
31 İyul 2024 18:55
185
Rostislav Pevtsov: "Nəticəmdən narazıyam"

"Yarış möhtəşəm idi, təəssüratım isə bir o qədər də yox".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Olimpiya yığmasının triatlonçusu Rostislav Pevtsov deyib.

Bu gün Olimpiya Oyunlarında çıxışını yekunlaşdıran idmançınız çıxışından narazı qalıb: "Burada olmaqdan və çıxış etməkdən şadam, bu idmançılar üçün həmişə üstünlükdür. 3-cü dəfə olimpiadada iştirak etmək əladır. Digər tərəfdən bu gün bəxtim gətirmədi, nəticəmdən narazıyam. İkinci dövrədə təkərim deşildi və onu dəyişmək üçün təkərlərin dəyişimi məntəqəsinə çatmaq üçün çox zaman itirdim. Nəticədə bütün qrupları önə buraxdım. Sonuncu qrupda qərarlaşdım və praktiki olaraq yüksək yerlər uğrunda mübarizə şansımı itirdim. Amma görünən odur ki, bu gün mənim üçün yaxşı günlərdən deyildi".

Qeyd edək ki, Pevtsov Olimpiadanın triatlon yarışını 43-cü pillədə başa vurub.

İdman.biz