3 qat çempiondan VİDA

Xəbərlər
31 İyul 2024 20:39
377
3 qat çempiondan VİDA

Almaniyalı tennisçi Anjelika Kerber peşəkar karyerasını başa vurub.

İdman.biz xəbər verir ki, o, sonuncu oyununu Paris-2024 Olimpiadasında keçirib.

"Böyük Dəbilqə" yarışlarının 3 qat qalibi 1/4 finalda mübarizəni dayandırıb. Kerber gərgin mübarizədə çinli Cjen Sinvenə uduzub - 1:2 (7:6 (7:4), 4:6, 6:7 (6:8)).

36 yaşlı tennisçi Avstraliya Open-2016, US Open-2016 və Uimbildon Open-2018 yarışlarında qələbə qazanıb. Anjelika Rio-2016 Olimpiadasının gümüş mükafatçısıdır. O, karyerası ərzində WTA turnirlərində 14 titula sahib çıxıb.

İdman.biz