Paris-2024: Zelim Kotsoyev - ÇEMPİON!!! - FOTO - VİDEO

Xəbərlər
1 Avqust 2024 19:58
3 436
Paris-2024: Zelim Kotsoyev - ÇEMPİON!!! - FOTO - VİDEO

Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları davam edir.

İdman.biz xəbər verir ki, bu gün daha iki çəki dərəcəsində qaliblər müəyyənləşir.

Azərbaycan millisinin bir cüdoçusu tatamiyə çıxıb. Dünya və Avropa çempionu Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib.

Bu, cüdoçularımızın Parisdəki ikinci mükafatı olub. Üç gün əvvəl Hidayət Heydərov 73 kq çəkidə çempionluq yaşayıb.

Kişilər
100 kq

Zelim Kotsoyev yarışa 1/8 finaldan başlayıb. O, Pyotr Kuçeranı (Polşa) ipponla məğlub edərək mərhələ adlayıb. Kotsoyev 1/4 finalda Peter Paltçiklə (İsrail) üz-üzə gəlib. Dünya çempionumuz bu görüşü də aktivinə yazıb və yarımfinala yüksəlib. Cüdoçumuz finala gedən yolda Muzaffarbek Turoboyevlə (Özbəkistan) qarşılaşıb. Zelim bu dueldə də rəqibinə gücünü göstərib. İnanmlı qələbə qazanan idmançımız finala vəsiqə qazanıb. Kotsoyev çempionluq görüşündə gürcüstanlı İlya Sulamanidze ilə güləşib. O, bu dəfə qalib gəlib və Fransada Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, Paris-2024-ə 9 cüdoçu ilə yollanan millimizin səkkiz idmançısı çıxışını başa vurub. Yığmamızın iki üzvü mükafatçılar sırasına düşüb. Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl əldə edib. Sabah Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaq.

İdman.biz