Paris-2024: Sabiq baş məşqçidən badmintonçularımızın çıxışına QİYMƏT

Xəbərlər
1 Avqust 2024 12:13
349
Paris-2024: Sabiq baş məşqçidən badmintonçularımızın çıxışına QİYMƏT

"Badmintonda hər şey səviyyə ilə bağlıdır".

Bunu İdman.bizə badminton üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Ceyhun Məmmədəliyev deyib.

O, Paris-2024 Yay Olimpiya Oyunlarında yığma üzvlərinin çıxışını dəyərləndirib. Məmmədəliyevin sözlərin görə, digər idman növlərində reytinqdə 35-ci sırada olan idmançı 5-ci yerdə olanı bir hərəkəti ilə məğlub edə bilər: "Lakin bu, badmintonda belə deyil. Səviyyə fərqi oldusa, bu, bütün məqamlarda özünü göstərir. Keişa Fatimə Zəhra Olimpiadada "ölüm qrupu"nda idi. Çünki çinlilər dünyada bir nömrədirlər. Qrupun digər idmançıları da səviyyə baxımından çox üstün idi. Yəni onun məğlubiyyətinin əsas səbəbi bununla əlaqədardır. Keişa zəif idmançıdır desəm, düzgün olmaz. Sadəcə, rəqibləri çox güclü idi. Buna görə də o, çox çətinlik çəkdi".

O, Edi Reski Dviçayonun qrupda son görüşdə toparlana bilmədiyini deyib: "İlk qarşılaşmada avstriyalı üzərində qələbə qazandı. İdmançımızın çıxışını çox bəyəndim. Hər şeyi çox gözəl yerinə yetirdi. Edini şəxsən tanıyıram və onunla birlikdə dəfələrlə yarışlarda iştirak etmişik. Üzərində işləyən və işinə daima məsuliyyətlə yanaşan idmançıdır. Həmçinin özgüvənli də var. Lakin Edi ikinci qarşılaşmasında dünya dördüncüsü olan danimarkalı Anders Antonsenla ilk setdə toparlana bilmədi. Rəqib də təzyiqi artırdığından alınmadı. Amma ikinci setdə çox yaxşı çıxış etdi. Ümumilikdə də yaxşı oynadı. Birinci setdə texniki səhvlərə yol verdi. Oyunda iki dəfə rəqibin açıq-aşkar bəxti gətirdi. Bütün bunlar da oyuna təsir etdi".

Banuçiçək Hüseynli
İdman.biz