Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
İdman.biz xəbər verir ki, bu gün daha 23 dəst medal sahibini tapacaq.
Bununla da artıq başa çatan proqramların ümumi sayı 117-yə çatacaq. İlk altı gündə 94 mükafat dəsti uğrunda yarış yekunlaşıb.
Azərbaycan millisi 4 yarışda təmsil olunacaq. Olimpiadanın yeddinci günü tarixi hadisə ilə əlamətdar olacaq. Batut gimnastikasında debütümüz Selcan Maqsudova ilə gerçəkləşəcək.
Boksçu Murad Allahverdiyev 1/4 final görüşünə çıxacaq. O, qalib gəlsə, mükafatçılar sırasında yerini təmin edəcək.
Təcrübəli cüdoçumuz Uşanqi Kokauri üçüncü Olimpiadasına start verəcək. Basketbolun 3x3 növündə yarışan qadınlardan ibarət millimiz növbəti iki matçına çıxacaq.
2 avqust
11:30. Basketbol 3x3, qadınlar
V tur
Avstraliya - Azərbaycan
12:00. Cüdo, kişilər, +100 kq
1/16 final
Uşanqi Kokauri – Rafael Silva (Braziliya)
14:00. Batut gimnastikası
Təsnifat mərhələsi
Selcan Maqsudova
19:22. Boks, kişilər, 80 kq
1/4 final
Murad Allahverdiyev - Nurbek Oralbay (Qazaxıstan)
19:30 Basketbol 3x3, qadınlar
VI tur
Azərbaycan – Çin
İdman.biz