Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında maraqlı hadisə yaşanıb.
İdman.biz xəbər verir ki, Azərbaycan cüdoçu Zelim Kotsoyev fəxri kürsüdə məğlub etdiyi rəqiblərlə birlikdə yer alıb.
Təmsilçimiz bürünc mükafatçılar Peter Palçiki (İsrail) 1/4 finalda, Muzaffarbek Turoboyevi (Özbəkistan) yarımfinalda mübarizədən kənarlaşdırıb. Onlar medal qazanmaq şansını qaçırmayıblar və olimpiadanı 3-cü pillədə başa vurublər.
Qeyd edək ki, Zelim həlledici görüşdə gürcüstanlı İlya Sulamanidze qalib gələrək, Olimpiya çempionu olub.
İdman.biz