Qızıl gətirən “Qızıl ümidlər” – İdman.bizdən QIZIL DUBL

Xəbərlər
2 Avqust 2024 09:53
900
Qızıl gətirən “Qızıl ümidlər” – İdman.bizdən QIZIL DUBL

İdman.bizin Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı reytinqi özünü doğrultmaqda davam edir. İyunun 26-da açıqladığımız “Qızıl ümidlər - İDMAN.BİZİN REYTİNQİ”ndə (https://www.idman.biz/az/news/paris-2024/33636) yer alan daha bir idmançımız Fransa paytaxtında Azərbaycanın himnini səsləndirib.

100 kq çəkidə çıxış edən təmsilçimiz Zelim Kotsoyev bütün rəqiblərinə qalib gəlməklə Olimpiadanın çempionu olub. O, İdman.bizin reytinqindəki digər cüdoçu Hidayət Heydərov (73 kq) kimi “Qızıl ümidlər” siyahısındakı yerini real çempionluğa çevirib. Bununla da reytinqimiz qızılla bağlı “Qızıl dubl”a imza atıb. Hər iki cüdoçumuz Paris-2024-də əsas qızıl ümidlərimizdən olması ilə bağlı fikrimizi təsdiqləyib.

Ümumiyyətlə, İdman.biz qızıla 5 namizədi müəyyənləşdirib. Siyahıdakı iki cüdoçu artıq Azərbaycan himnini səsləndiribsə, boksçu Alfonso Dominqes mükafatçılar sırasında yerini təmin edib və qızıla iki addımı qalıb. Digər iki favoritimiz – Həsrət Cəfərov və Maqomedxan Maqomedov güləş yarışlarının startını gözləyir.

İdman.biz