Paris-2024: Selcan Maqsudova 10-cu yeri tutub - FOTO - VİDEO

Xəbərlər
2 Avqust 2024 15:33
1 006
Paris-2024: Selcan Maqsudova 10-cu yeri tutub - FOTO - VİDEO

Paris-2024 Yay Olimpiya Oyunlarında batut gimnastikası üzrə yarışlara bu gün start verilib.

İdman.biz xəbər verir ki, qadınların mübarizəsində təsnifat mərhələsi başa çatıb.

Azərbaycan gimnastı Selcan Maqsudova da bacarığını nümayiş etdirib. O, bu idman növündə Olimpiadaya qatılan ilk təmsilçimiz kimi tarixə düşüb.

Maqsudovanın ilk çıxışı 42,950 xalla qiymətləndirilib. İdmançımız ikinci cəhdində daha yaxşı çıxış edə bilib – 53,750. O, bu nəticə ilə 16 idmançının qatıldığı təsnifat mərhələsini 10-cu yerdə başa vurub. Selcan final mərhələsinə adlayan 8 gimnast sırasına düşə bilməyib.

Qeyd edək ki, final mərhələsi bu gün Bakı vaxtı ilə saat 15:50-də start götürəcək.

İdman.biz