Paris-2024 Yay Olimpiya Oyunlarında boksçuların mübarizəsi davam edir.
İdman.biz xəbər verir ki, bu gün Azərbaycan millisinin daha bir təmsilçisi rinqə çıxıb.
80 kq çəkidə mübarizə aparan Murad Allahverdiyev 1/4 final döyüşündə qüvvəsini sınayıb. Nurbek Oralbay (Qazaxıstan) ilə üz-üzə gələn boksçumuz 0:5 (26:30, 27:29, 27:29, 27:29, 26:30) hesabı ilə məğlub olub və Olimpiada ilə vidalaşıb.
Qeyd edək ki, Azərbaycan boks yığması 5 idmançı ilə yollandığı Paris-2024-də ilk medalını dünən təmin edib. Alfonso Dominqes (92 kq) yarımfinala vəsiqə qazanıb.
İdman.biz