Paris-2024: Şvyontek bürünclə kifayətlənib

Xəbərlər
2 Avqust 2024 18:32
270
Paris-2024: Şvyontek bürünclə kifayətlənib

Polşalı tennisçi İqa Şvyontek karyerasında ilk Olimpiya medalını qazanıb.

İdman.biz xəbər verir ki, o, Paris-2024 Olimpiadasının bürüncünə sahib çıxıb.

İqa 3-cü yer uğrunda görüşdə Anna Karolina Şmidlovaya qalib gəlib. Slovakiyalı tennisçi ilə oyun 1 saat 1 dəqiqə çəkib. Şvyontek 6:2 və 6:1 hesabları ilə qalib gəlib.

Qeyd edək ki, dünyanın 1 nömrəli raketka ustası yarımfimalda gözlənilmədən çinli Çjen Sinvenə uduzub.

İdman.biz