Paris-2024: Millimiz pley-in şansını saxlayıb - FOTO

Xəbərlər
3 Avqust 2024 19:57
1 573
Paris-2024: Millimiz pley-in şansını saxlayıb - FOTO

Paris-2024 Yay Olimpiya Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir.

İdman.biz xəbər verir ki, bu gün qadınların turnirində əsas mərhələnin son turunun oyunları keçirilir.

Azərbaycan millisi günün ilk matçında Kanada ilə üz-üzə gəlib. 19:21 hesabı ilə uduzan yığmamız pley-in şansını saxlayıb.

Komandamızın mövqeyi ardınca baş tutacaq görüşlərdən sonra dəqiqləşəcək. Bu gün İspaniya Almaniya, Fransa Avstraliya, Çin ABŞ-la görüşəcək.

Qeyd edək ki, ilk iki yerin sahibi yarımfinala, 3-6-cı pillələrin sahibləri pley-inə vəsiqə qazanacaq.

Basketbol 3x3, qadınlar
3 avqust
VII tur
19:30. Kanada – Azərbaycan - 21:19

1

Almaniya

6

5

1

99-85

+14

2

İspaniya

6

4

2

100-96

+4

3

Avstraliya

6

4

2

111-104

+7

4

Kanada

7

4

3

129-112

+17

5

ABŞ

6

3

3

94-95

-1

6

Çin

6

2

4

95-111

-16

7

Azərbaycan

7

2

7

106-123

-17

8

Fransa

6

1

5

81-89

-8

İdman.biz