Paris-2024: Cüdoçu rəqiblər arasında 62 kq fərq

Xəbərlər
3 Avqust 2024 15:49
1 077
Paris-2024: Cüdoçu rəqiblər arasında 62 kq fərq

Paris-2024 Yay Olimpiya Oyunları maraqlı hadisə ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, bu, cüdo üzrə qarışıq komanda yarışında baş verib.

Bu gün baş tutan 1/4 final görüşündə Fransa Cənubi Koreya ilə üz-üzə gəlib. 145 kq çəkiyə malik əfsanəvi Teddi Riner asiyalı Cun-Xvan Li ilə üz-üzə gəlib. Koreyalı adətən 81 kq çəkidə mübarizə aparır. Məşhur “Ekip” nəşri qarşılaşma vaxtı onlar arasında çəki fərqinin 62 kq çatdığını açıqlayıb. Riner özündən xeyli yüngül çəkiyə malik rəqibinə qalib gəlməkdə çətinlik çəkməyib.

Qeyd edək ki, bu qarşılaşmada Fransa 4:1 hesabı ilə qalib gəlib.

İdman.biz