Rostislav Pevtsov: "Heç ağlıma da gəlməzdi..."

Xəbərlər
3 Avqust 2024 18:17
351
Rostislav Pevtsov: "Heç ağlıma da gəlməzdi..."

"Uğursuzluğa baxmayaraq, bu, həyatımın ən yaxşı yarışlarından biri idi"

İdman.biz xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında 43-cü yeri tutan Azərbaycan triatlonçusu Rostislav Pevtsov deyib.

İdmançı üçün bu Yay Oyunları onun karyerasında üçüncü olub: “Üçqat olimpiyaçı. Mən triatlona başlayanda Olimpiadaya çıxmaq əlçatmaz arzu idi. Heç ağlıma da gəlməzdi ki, bu yarışda üç dəfə çıxış edə biləcəm. Heç nəyə peşman deyiləm. Bu uzun və çətin yolda mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

İdman.biz